Dünya 21:51 31.01.2023

"Exxon" 2022-ci ildə 59 milyard dollar mənfəətlə Qərbin rekordunu qırdı

Çərşənbə axşamı "Exxon Mobil Corp", 2022-ci il üçün 59 milyard dollarlıq düzəliş edilmiş mənfəətini açıqlayıb. Şirkət hesabat dövründə saatda 6,7 milyon dollar qazanıb və bu, təkcə şirkət rekordu deyil, həm də Qərb neft sənayesi üçün bütün zamanların ən yüksək göstəricisi oldu.

Qaynarinfo xəbər verir ki, bu barədə "The Moscow Times” "Reuters"ə istinadən yazır.

"Exxon"un nəticəsi 2008-ci ilin (2008-ci ildə neftin qiyməti bir barel üçün 142 dollara çatıb) 45,2 milyard dollarlıq əvvəlki rekordu xeyli üstələyib. Pandemiya zamanı xərclərin kəskin azaldılması keçən ilin mənfəətini artırıb. 

Buna baxmayaraq, müsbət nəticələr Ağ evlə yeni qarşıdurmaya səbəb ola bilər. Cümə günü prezident Co Baydenin administrasiyası neft şirkətlərini hasilata deyil, səhmdarların ödənişlərinə pul qoymaqda ittiham edib.

Nizami Bağırov