Video 16:51 08.07.2023

FHN: Küləkli hava şəraiti Xızıda yanğınsöndürmə əməliyyatlarını çətinləşdirir (YENİLƏNİB/VİDEO)

Fövqəladə Hallar Nazirliyinin "112” qaynar xəttinə Xızı rayonunun Tıxlı kəndi yaxınlığında mürəkkəb dağlıq-meşəlik relyefə malik ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-dən verilən xəbərə görə, məlumatla əlaqədar, Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunublar.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir. Küləkli hava şəraiti ərazidə yanğınsöndürmə əməliyyatlarını çətinləşdirir.

Əlavə məlumat veriləcək.
 
16:21

Xızı rayonunun Tıxlı kəndində bələdiyyə ərazisində yanğın baş verib.

Qaynarinfo xəbər verir ki, güclü külək səbəbindən yanğın meşə sahəsinə keçib.

Hazırda yanğının söndürülməsi istiqamətində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli nümayəndələri və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları təxirəsalınmaz tədbirlər həyata keçirir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova  saytımıza bildirib ki, yanğın hadisələrinin baş verməməsi üçün vətəndaşlar ehtiyatlı və diqqətli olmalıdır.

"Vətəndaşları yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etməyə, məsuliyyət hiss edərək yanğına şərait yaradan bütün hallardan çəkinməyə çağırırıq”.