Siyasət 23:08 28.06.2022

Finlandiya və İsveç Türkiyənin tələbini qəbul etdi: Türkiyə NATO-ya üzvlüklərinə razılaşdı

Türkiyə İsveç və Finlandiyanın NATO üzvlüyünə dəstək verməyə razılaşıb

Qaynarinfo xəbər verir ki, bu barədə Finlandiya prezidenti Sauli Niinistö memorandumla bağlı açıqlamasında deyib.

O bildirib ki, iki ölkə terrorla mübarizə üzrə milli qanunvericiliyə düzəlişlər etmək öhdəliyini üzərlərinə götürürlər.

Finlandiya və İsveç bütün terror təşkilatlarının Türkiyəyə qarşı həyata keçirdiyi hücumları açıq və birmənalı şəkildə pisləyirlər, PKK və bütün digər terror təşkilatlarının və əlaqəli şəxslərin fəaliyyətinin qarşısını almağı öhdəsinə götürürlər.