XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Prezident Müsəlman Ağsaqqalları Şurasının baş katibini qəbul etdi (FOTO)
Siyasət12:23 14.09.2026

Prezident Müsəlman Ağsaqqalları Şurasının baş katibini qəbul etdi (FOTO)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 14-də Müsəlman Ağsaqqalları Şurasının baş katibi Məhəmməd Əbdülsalamı qəbul edib.

Qaynarinfo xəbər verir ki, söhbət zamanı Prezident İlham Əliyev ilə Məhəmməd Əbdülsalamın əvvəlki görüşləri məmnunluqla xatırlanıb.

Ölkəmizlə Müsəlman Ağsaqqalları Şurası arasında həyata keçirilən uğurlu əməkdaşlıq qeyd olunub. Eyni zamanda, İslam həmrəyliyinin möhkəmləndirilməsi istiqamətində Azərbaycanın qlobal səviyyədə oynadığı vacib rola toxunuldu, bu xüsusda Türk Dövlətləri Təşkilatının Müsəlman dini liderlərinin Bakıda keçirilən 7-ci görüşünün, həmçinin gələn il Azərbaycanda təşkil olunacaq İslam Əməkdaşlıq Təşkilatının Zirvə Toplantısının əhəmiyyəti vurğulandı. Ölkəmizdə dini münasibətlərin yüksək səviyyədə tənzimləndiyi qeyd edilib.

Söhbət zamanı Azərbaycan Prezidentinin bu ilin əvvəlində “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görüldüyü xatırlanıb. Qonaq bu mükafatın sertifikatını dövlətimizin başçısına təqdim edib.