Xəbər lenti

İdman 17:00 27.06.2023

Fransa futbolunda hicab qadağasının ləğvi tələb olundu

Fransada Dövlət Şurasının ictimai məruzəçisi Klement Malverti Futbol Federasiyasından qadın futbolçulara tətbiq edilən hicab qadağasının aradan qaldırılmasını tələb edib.

Qaynarinfo-nun məlumatına görə, bu barədə Fransa mətbuatında xəbər yer alıb. Ölkənin futbol federasiyasının əsasnaməsinin birinci maddəsinə daxil olan matçlarda hicab da daxil olmaqla dini simvolların taxılmasına qoyulan qadağa Dövlət Şurasının iclasında müzakirə edilib. Şuranın ictimai məruzəçisi Malverti federasiya əsasnaməsinin birinci maddəsinin ləğv edilməsini və çadra da daxil olmaqla dini simvolların matçlarda istifadəsinə icazə verilməsini tələb edib. Malverti milli üzvləri istisna, digər oyunçuların "qərəzsizlik öhdəliyinə" tabe olmadığını irəli sürüb. Futbolda hicab qadağası ilə bağlı presedent yaradacaq qərarın iyulun ortalarında veriləcəyi gözlənilir.

"Les Hijabeuses" (Başörtülü) kimi tanınan futbolçular cəmiyyəti, federasiyanın 2016-cı ildən hicaba icazə verməməsindən sonra bu qadağanın ləğvi üçün "Danıştay"a müraciət edib. 

Fransa Futbol Federasiyasının nizamnaməsinin birinci maddəsi futbolçulara dini mənsubiyyətini göstərən geyim və ya simvol geyinməyi qadağan edir.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->