XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Azərbaycanın gələn il üzrə hərbi xərcləri açıqlandı
Ekonomiks23:46 16.09.2026

Azərbaycanın gələn il üzrə hərbi xərcləri açıqlandı

Gələn il Azərbaycanın müdafiə və milli təhlükəsizlik xərcləri 1,1 faiz artacaq.

Qaynarinfo xəbər verir ki, bu, Maliyyə Nazirliyinin 2027-ci ilin icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə dair açıqlamasında əksini tapıb.

Gələn il Azərbaycanın müdafiə və milli təhlükəsizlik xərcləri 8 milyard 816 milyon manat olacaq. Bu, 2026-cı illə müqayisədə 98,6 milyon manat, yaxud 1,1 faiz çoxdur.

Qeyd edək ki, 2026-cı ildə müdafiə və milli təhlükəsizlik xərcləri 8 milyard 717 milyon 581 min 860 manat olub.