Xəbər lenti

Fransa yeni nüvə hipersəs raketini silahlanmaya qəbul edəcək
Dünya 19:12 14.06.2026

Fransa yeni nüvə hipersəs raketini silahlanmaya qəbul edəcək

Fransa Müdafiə Nazirliyi "MBDA” şirkətinə dördüncü nəsil ASN4G nüvə hipersəs raketinin hazırlanmasını tapşırıb. Nazirliyin məlumatına görə, raketin təxminən 2035-ci ildə silahlanmaya qəbul edilməsi nəzərdə tutulur.

Qaynarinfo xəbər verir ki, raketdən həm Strateji Hərbi Hava Qüvvələri, həm də nüvə silahları ilə təchiz olunmuş Hərbi Dəniz Qüvvələri istifadə edəcək. ASN4G raketinin əsas daşıyıcısı "Rafale F5” qırıcısı olacaq.

"ASN4G-nin xüsusiyyətləri, xüsusilə də onun hipersəs sürəti dəyişən təhdidlər fonunda hava əsaslı nüvə çəkindirmə sisteminin etibarlılığını qoruyub saxlamağa imkan verəcək”, – deyə məlumatda bildirilir.

Qeyd olunur ki, Fransa Müdafiə Nazirliyi hava komponentli nüvə qüvvələrinin modernləşdirilməsi üzərində də işləyir. ASN4G hazırda silahlanmada olan modernləşdirilmiş ASMPA raketini əvəz edəcək.

"Əvvəlki sistemlərlə müqayisədə texnoloji sıçrayış hesab edilən ASN4G yalnız dünyanın az sayda ölkəsinin malik olduğu texnoloji və sənaye biliklərinə əsaslanır”, deyə nazirlik əlavə edib.

Aydın
--> -->