Fransada iş adamları və varlı vətəndaşlar ölkədəki siyasi böhran fonunda kütləvi şəkildə xaricə pul çıxarmağa başlayıblar.
Qaynarinfo xəbər verir ki, bu barədə "Financial Times" (FT) yazır.
Parisdə yerləşən "Scala Patrimoine" aktivlərin idarə edilməsi şirkətinin təsisçisi Gullame Lukini şirkətinin idarə etdiyi aktivlərin əksəriyyətinin artıq Fransada olmadığını söyləyib.
Vergi hüquqşünası Olivier Rumeliana əlavə edib ki, böyük pul axını Lüksemburq və İsveçrəyə gedir.
"Brokerlər müştəriləri cəlb etmək üçün demək olar ki, heç bir marketinq etdiemirlər", deyə izah edib.
Bundan əvvəl Fransanın keçmiş baş naziri Dominik de Vilpen Fransa prezidenti Emmanuel Makronun siyasətinin "iflas etdiyini” və ölkənin rejim böhranına doğru getdiyini bildirmişdi. Onun sözlərinə görə, ölkəni böhrandan çıxarmaq üçün siyasəti dəyişmək lazımdır. O qeyd edib ki, bunu Fransa vətəndaşları da istəyir.
Siyasətçi vurğulayıb ki, hazırkı liderin hər addımı ilə Fransa gərginləşən vəziyyətə düşür. Onun fikrincə, ölkənin büdcəsi yoxdur və iqtisadi cəhətdən iflic vəziyyətindədir.
Aydın
Şərhlər