Xəbər lenti

Futbol üzrə Azərbaycan millisi mükafatlandırıldı
İdman 23:31 30.03.2026

Futbol üzrə Azərbaycan millisi mükafatlandırıldı

"FIFA Series – 2026" beynəlxalq turnirinin qalibi olan Azərbaycan millisi mükafatlandırılıb.

"Report"un məlumatına görə, Elvin Cəfərquliyev ölkəmizdə təşkil olunan yarışın ən yaxşı futbolçusu adına layiq görülüb.

Ardınca Syerra Leone yığmasının üzvlərinə medallar verilib. Daha sonra yarışın qalibinə mükafatlar təqdim olunub.

Tədbirdə AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev, baş katibi Cahangir Fərəcullayev və Syerra Leone Futbol Assosiasiyasının rəsmiləri iştirak ediblər.

Xatırladaq ki, Azərbaycan millisi turnirdəki ilk qarşılaşmasında Sent Lüsiya seçməsini 6:1 hesabı ilə üstələyib. Syerra Leone ilə matçın əsas vaxtı heç-heçə (1:1) yekunlaşıb. Penaltilər seriyasında daha dəqiq (9:8) olan Azərbaycan komandası turnirin qalibi olub.
--> -->