Xəbər lenti

İdman 14:26 16.04.2024

Futbolçu öz formasını azarkeşə 50 avroya satdı (VİDEO)

"Malaqa"nın futbolçusu Dani Lorenzo maraqlı addımı ilə gündəm olub.

Qaynarinfo-nun məlumatına görə, futbolçu öz formasını bir azarkeşə 50 avroya satıb. Onun bu hərəkəti "El Chiringuito TV"nin kameralarına düşüb. Video lentə alındıqdan sonra sosial şəbəkələrdə xeyli sayda izlənilib.

Azarkeşdən pul aldığına görə sərt tənqidlərə məruz qalmasına baxmayaraq, futbolçu bunu izah edib.  Çünki klubun onlara müəyyən sayda köynəyi 50 avroya satdığı bildirilib. Lorenzo "Atresmedia" proqramı üçün eksklüziv açıqlamasında, "Mən milyonçu deyiləm, daha çox istərdim. Klub bizdən formalar üçün pul alır.  Belədə mənə təklif etdikləri pulu almaq təbiidir. Mən bunu yaxşı niyyətlə etdim. Düşünürəm ki, bunu etməməliydim. Amma ümid edirəm ki, insanlar bunu başa düşəcəklər " - sözlərini söyləyib.

Səbuhi Həsənov

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?