Xəbər lenti

Gəncədə məşhur un fabrikində yanğın başladı
Ölkə 20:17 16.10.2025

Gəncədə məşhur un fabrikində yanğın başladı

Gəncə şəhərində yanğın hadisəsi qeydə alınıb.

APA-nın  məlumatına görə, hadisə şəhərin Nizami Gəncəvi prospektində yerləşən "Araboğlu” un fabrikində baş verib.

İlkin məlumatlara əsasən, yanğın fabrikin zirzəmisində başlayıb. Əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən texnikası və canlı qüvvəsi cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->