İdman 12:56 06.03.2023

Gəncəli azarkeşlər hakimləri təhqir etdi

AFFA-nın İntizam Komitəsinin növbəti iclası keçirilib. 

Qaynarinfo-nun məlumatına görə iclasda Azərbaycan Premyer Liqasının 25-ci turu çərçivəsində keçirilən oyunlarda baş verən qayda pozuntularına görə aşağıdakı qərarlar çıxarılıb.

"Zirə” – "Şamaxı” oyununda "Zirə” klubu günün planı tələblərini pozduğuna görə 800 manat cəzalandırılsın. (maddə 84).

"Səbail” – "Sumqayıt” oyununda "Səbail” klubunun azarkeşləri tərəfindən təhqiramiz ifadələrin işlənməsinə görə "Səbail” klubu 4000 manat cəzalandırılsın. (maddə 41.7).

"Səbail” – "Sumqayıt” oyununda "Sumqayıt” klubunun nümayəndəsinin iclasa gecikməsinə görə "Sumqayıt” klubu 800 manat cəzalandırılsın. (maddə 62.1).

"Səbail” – "Sumqayıt” oyununda "Səbail” klubunun 23 nömrəli oyunçusu Qustavo de Fransa rəqibi aşkar qol vurmaqdan məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun kənarlaşdırılsın, klub 200 manat cəzalandırılsın. (maddə 47.2).

"Sabah” – "Kəpəz” oyununda "Sabah” klubunun futbolçusu Anatoli Nuriyev oyunda ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığına görə 1 oyun kənarlaşdırılsın, klub 200 manat cəzalandırılsın. (maddə 47.2).

"Sabah” – "Kəpəz” oyununda "Kəpəz” klubunun futbolçusu Abdullahi Şuaybu ciddi qayda pozuntusu edərək birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 2 oyun kənarlaşdırılsın, klub 1600 manat cəzalandırılsın. (maddə 36.1).

"Sabah” – "Kəpəz” oyununda "Kəpəz” klubunun azarkeşləri tərəfindən oyunun hakimlərinin kütləvi təhqir edilməsinə görə klub 4000 manat cəzalandırılsın (maddə 41.7).

"Qəbələ” – "Qarabağ” oyununda "Qarabağ” klubunun 4 oyunçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə edilsin (maddə 39).

Səbuhi Həsənov