Xəbər lenti

Goranboyda qəza - xəsarət alanlar var
Ölkə20:59 10.10.2026

Goranboyda qəza - xəsarət alanlar var

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

Qaynarinfo APA-ya istinadən bildirir ki, hadisə Goranboy-Tərtər yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan iki avtomobil toqquşub. Qəza zamanı 4 nəfər xəsarət alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib, hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.