Xəbər lenti

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verdi
Siyasət15:48 10.10.2026

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verdi

Qaynarinfo-nu Google-da seçilmiş mənbə edinGoogle-da seçilmiş mənbə edinXəbərlərimiz Google axtarışında sizə ilk görünsünƏlavə et

"2024-cü ilin dekabrında Bakı-Qroznı təyyarəsinin qəzaya uğraması ilə əlaqədar öz adımdan, bütün çeçen xalqı adından bir daha dərin hüznlə başsağlığı vermək istəyirəm. Bu, bizim ortaq kədərimizdir".

Qaynarinfo xəbər verir ki, bu sözləri Rusiya Federasiyası Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov Bakıda Prezident İlham Əliyevlə görüşdə deyib.

“Biz qardaş Azərbaycan xalqının kədərini səmimi-qəlbdən bölüşürük və həlak olanların hamısının ruhuna dualar edirik”, - deyə o qeyd edib.