Xəbər lenti

Günəş azaldıqca depressiya artır: Bu əlamətlər həftələrlə davam edə bilər
Sağlamlıq 09:37 23.10.2025

Günəş azaldıqca depressiya artır: Bu əlamətlər həftələrlə davam edə bilər

Payız və qış aylarının yaxınlaşması ilə günlərin qısalması, havanın tez qaralması və günəş işığının azalması bir çox insanda əhval dəyişikliklərinə səbəb olur. 

Qaynarinfo xəbər verir ki, mütəxəssislərə görə, bu vəziyyətin adı mövsümi depressiya və ya mövsümi duyğudurum pozuntusudur. Cəmiyyətdə düşündüyümüzdən daha geniş yayılmış bu problem insanın həm psixoloji, həm də fiziki sağlamlığına mənfi təsir göstərə bilər.

Psixiatr, uzman doktor Serap Kaya bildirib ki, mövsümi depressiya mövsüm dəyişiklikləri ilə ortaya çıxan bir depressiya növüdür. O qeyd edib ki, bu hal daha çox payız və qış aylarında müşahidə olunur:

"Günəş işığının azalması, havaların soyuması və günlərin qısalması beyindəki serotonin və melatonin hormonlarını təsir edərək depressiyanı tətikləyə bilər".

Əlamətlər uzun sürərsə diqqətli olunmalıdır

İstək itkisi, ruh düşkünlüyü, həyatdan zövq almama, yuxu və iştaha dəyişiklikləri, enerjinin azalması və diqqət toplamaqda çətinlik ən çox rast gəlinən əlamətlərdəndir. Serap bildirib ki, adi yorğunluq bir neçə gün ərzində keçsə də, mövsümi depressiyada bu əlamətlər həftələrlə davam edə bilər və şəxsin iş, məktəb və ya ailə həyatını mənfi təsirləyə bilər.

Kimlər risk altındadır?

Serap Kaya qeyd edib ki, qadınlar, daha əvvəl depressiya keçirmiş şəxslər, ailəsində depressiya tarixi olanlar və qapalı mühitdə uzun müddət işləyənlər risk qrupuna daxildirlər: "Şimal bölgələrində yaşayanlar və günəş işığını az görənlər bu problemi daha tez-tez yaşayırlar. Həmçinin stresli həyat tərzi, tənhalıq və sosial dəstəyin azlığı da riski artırır".

Yalnız ruh halını deyil, bədəni də təsirləyir

Mövsümi depressiya yalnız psixoloji deyil, fiziki əlamətlərlə də özünü göstərə bilər. Yuxu rejimi pozulur, həddindən artıq yatmaq və ya yuxusuzluq meydana gəlir. Şirin və karbohidrat tələbi artır, buna görə də çəki dəyişiklikləri müşahidə olunur. Serap Kaya əlavə edib:

"Daimi halsızlıq, əzələ yorğunluğu, baş ağrısı və motivasiya çatışmazlığı tez-tez rast gəlinir. Bəzi insanlarda immun sistem zəifləyərək tez-tez xəstələnməyə səbəb ola bilər".

Nə vaxt həkimə müraciət edilməlidir?

Əgər əlamətlər iki həftədən artıq davam edirsə, iş və məktəb həyatına mane olur və ya sosial həyatdan uzaqlaşmaya gətirib çıxarırsa, mütəxəssis yardımı almaq vacibdir. Umidsizlik hissi, yuxu və iştahanın ciddi dəyişməsi və ya özünə zərər vermə fikirləri yaranarsa, dərhal psixiatriya həkiminə müraciət edilməlidir: 

"Erkən müraciət müalicə prosesini asanlaşdırır və həyat keyfiyyətini tezliklə yüksəldir".

Ümid verən mesaj

Psixiatr Serap Kaya bildirib ki, mövsümi depressiya müalicə oluna bilən bir vəziyyətdir:

"Qaranlıq günlərin ruh sağlamlığınızı kölgəlamasına imkan verməyin. Peşəkar dəstək, düzgün qidalanma, müntəzəm idman və işıq terapiyası ilə bu dövrü sağlam şəkildə keçirmək mümkündür".

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->