Xəbər lenti

Gürcüstanda ABŞ-ın
Dünya 09:50 16.08.2023

Gürcüstanda ABŞ-ın "Killers" qrupu fitə basıldı, salon boşaldı (SƏBƏB)

Amerikanın "The Killers” qrupu rusiyalı baraban ifaçısının səhnəyə dəvət olunmasından sonra Gürcüstanda fitə basılıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Kommersant” Newsgeorgia və Paper Kartuli-yə istinadən yazıb.

Mətbuatda yayılan xəbərlərə görə, konsert zamanı qrupun solisti Brendon Flurs rusiyalı baraban ifaçısını kütlənin arasından səhnəyə qaldırıb. Tamaşaçıların narazılığından sonra musiqiçi "hamımız qardaşıq” deyib. Tamaşaçılar ifaçıları fitə basıb, pərəstişkarların bir qismi konserti tərk edib, "Radio Tbilisi” isə qrupun mahnılarını efirdən yığışdırıb.

Sosial şəbəkə istifadəçiləri qrupun konsertini tamaşaçıların çığırtıları və etiraz qışqırıqları ilə başa vurduğunu yazır.

Konsert Batumi yaxınlığındakı Qara Dəniz Arenasında keçirilib.

Daha sonra musiqiçilər baş verənlərə görə üzr istəyiblər. Onlar sosial mediada izdihamdan insanları baraban çalmağa dəvət etməyin onların çoxdankı ənənəsi olduğunu və "heç kəsi incitmək istəmədiklərini” izah ediblər.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->