Xəbər lenti

Hansı sahələrə güzəştli kreditlər daha çox verilir?
Ekonomiks 21:11 22.11.2025

Hansı sahələrə güzəştli kreditlər daha çox verilir?

Bu ilin yanvar-oktyabr aylarında İqtisadiyyat Nazirliyi yanında Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) 5 355 layihənin maliyyələşdirilməsinə (il ərzində 13,4 % çox) 290,4 milyon manat məbləğində (54,3 %) güzəştli kredit verib.

"Report"un fonda istinadən verdiyi xəbərə görə, verilmiş kreditlərin hesabına 3 865 yeni iş yerinin yaradılması planlaşdırılır.

Verilmiş kreditlərin 46,2 %-i sənaye məhsullarının istehsalı və emalına, 44,1 %-i kənd təsərrüfatı məhsullarının istehsalına, 7,1 %-i xidmət, 2,6 %-i isə digər sahələrin payına düşüb.

On ay ərzində maliyyələşdirilmiş layihələrin 99,7 %-i mikro (93,7 %), kiçik (4 %) və orta sahibkarlıq (2 %) subyektlərinin payına düşüb.

Ayrılmış güzəştli kreditlərin ümumi məbləğinin 89 %-ni mikro (60,4 %), kiçik (14,7 %) və orta (13,9 %) biznes subyektləri əldə edib.

Hesabat dövründə kreditlərin böyük hissəsi "Bank Respublika" ASC-nin xətti ilə verilib. Cari ilin yanvar-oktyabr aylarında bank sahibkarlara ümumi məbləği 58,9 milyon manat olan (1 579 layihə üzrə) güzəştli kredit verib. Verilən kreditlərin həcminə görə TOP-5-ə həmçinin "PASHA Bank" ASC daxildir ki, bu xətt üzrə 35 milyon manat, daha sonra "Yelo Bank" ASC - 32,3 milyon manat (1 108 layihə üzrə), "Kapital Bank" ASC - 31,4 milyon manat (342 layihə üzrə) və "Azərbaycan Beynəlxalq Bankı" ASC (ABB) - 30 milyon manat bölüşdürülüb.

Xatırladaq ki, 2024-cü ildə ABİF-in vəsaitləri hesabına maliyyələşdirilən sahibkarlıq subyektlərinin sayı 5 722 olub (+74,3 %) və bunun ümumi məbləği 248,1 milyon manat (+28 %) təşkil edib.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->