Ekvadorun El Oro əyalətində yerləşən bir həbsxanada 27 məhbusun meyiti tapılıb.
Qaynarinfo xəbər verir ki, rəsmilər hadisənin səbəblərini tam müəyyənləşdirmək üçün araşdırma aparır.
Azadlıqdan məhrum edilmiş şəxslər və cinayət törətmiş gənclərlə bağlı milli nəzarət qurumu SNAI sosial media hesabında verdiyi açıqlamada El Oro əyalətinin paytaxtı Maçala şəhərindəki cəzaçəkmə müəssisəsində 27 məhbusun həyatını itirdiyini bildirib.
Açıqlamaya əsasən, ilkin araşdırmalar ölümlərin boğulma nəticəsində baş verdiyini göstərir. Hadisənin bütün təfərrüatlarının müəyyənləşdirilməsi üçün müvafiq dövlət orqanlarının iş apardığı qeyd edilib.
Aydın
Şərhlər