"Həmin binalar "Azəristiliktəchizat"ın balansında deyil”.
Bunu Qaynarinfo-ya açıqlamasında açıqlamasında "Azəristiliktəchizat" ASC-nin mətbuat xidmətinin rəhbəri Elvin Basqallı Kürdəxanı qəsəbəsində məcburi köçkün şəhərciyinə istilik verilməməsinin səbəblərindən danışarkən deyib.
Qurum rəsmisinin sözlərinə görə, Kürdəxanı qəsəbəsində məcburi köçkünlər üçün tikilən yaşayış komplkesi "Azəristiliktəchizat"ın balansında deyil:
"Azəristiliktəchizat” həmin qazanxanalarda xidmət göstərmir. Bir sözlə, məsələnin "Azəristiliktəchizat"a heç bir aidiyyatı yoxdur”.
Qeyd edək ki, Kürdəxanı qəsəbəsində məcburi köçkünlər üçün tikilən yaşayış kompleksinə istilik verilmir. Yaşayış kompleksinə 15 bina daxildir və orada 810 ailə yaşayır. Hazırda 810 ailə istiliyə həsrət qaldığını
qeyd edib.
Bahar Rüstəmli
Şərhlər