Xəbər lenti

Ölkə 12:33 07.09.2023

"Həmin müəllimlərin adını açıqlamaq olmaz, mənəvi-psixoloji amillər var" - Ekspert

"Mənlik olsa, sertifikasiya imtahanından keçə bilməyən müəllimlərin adları cəmiyyətə açıqlanmalıdır”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Elmin Nuri deyib. Ekspert bildirib ki, elm və təhsil naziri bu məsələdə müəyyən etik qaydalar və humanist yanaşma sərgiləyib: 

"Bəllidir ki, 743 müəllimin hamısının adı aid olduqları regional təhsil idarələrində var. Bəlli siyahı var və onu işıqlandırmaq o qədər də çətin proses deyil. Amma burada müəyyən insani məsələlər də var. Pedeqoji cəhətdən sıfır səviyyədə olsalar da, mənəvi-psixoloji amillərə diqqət yetirilməlidir. Onların adlarını ictimailləşdirmək həmin müəllimlərə ikinci zərbə olar. Düşünürəm ki, siyahı yayılmasa daha yaxşıdır. Onlara ən layiqli cavab verilib, məktəbdən, tədrisdən uzaqlaşdırılıb. Təbii ki, haqlı şəkildə uzaqlaşdırılıb. Bunu çoxdan etmək lazım idi”.



Elmin Nuri qeyd edib ki, sertifikasiyada iştirak edən 11 mindən çox ibtidai sinif müəlliminin 743-nün ikinci imtahan prosesindən də kəsilməsi böyük göstəricidir:

"11 müəllimin arasında 743 rəqəmi o qədər də böyük görünməyə bilər. Amma öz-özlüyündə bu kiçik göstərici də deyil. Biz hələ onu demirik ki, bu müəllimlər öz ixtisasına yaxşı yiyələnmədiyi halda uzun illər orta məktəblərdə dərs deyiblər. Hələ həmin məlimlər əlavə dərslər də veriblər. Özlərini ən azı müəllim kimi cəmiyyətə tanıdıblar. Belə olduğu halda, sertifikasiyada hər iki sualdan birinə cavab verə bilməyiblər”. 

Ekspertin fikirincə, bu gün 11-ci sinifdə oxuyan ən zəif uşağa 8 ay hazırlıq keçilir və onlar imtahanda 350-400 bal toplaya bilir: 

"Bunun dəfələrlə şahidi olmuşuq. Həmin şagirdin biliyi sıfır səviyyəsində olsa da, 8-9 aylıq hazırlıq prosesi bəs edir ki, minimal və ondan da artıq göstəricini qazana bilsin. Görün, bu müəllimlərin vəziyyəti nə dərəcədə bərbad olub ki, onlara ayrılan bir illik zamandan belə yaralana bilməyiblər və onların bir başa işdən uzaqlaşdırmaq lazımdır”. 

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->