Xəbər lenti

Hindistan Rusiyadan bir ayda 215 milyon dollarlıq brilyant alıb
Dünya 21:25 21.10.2023

Hindistan Rusiyadan bir ayda 215 milyon dollarlıq brilyant alıb

Avqustda Hindistan Rusiyadan 2018-ci ilin mart ayından sonra yüksək məbləğdə - 215,1 milyon dollar dəyərində brilyant partiyası alıb.

Qaynarinfo bu barədə Hindistanın Ticarət və Sənaye Nazirliyinin məlumatlarına istinadən xəbər verir.

Yayın son ayında Hindistan Rusiya almazlarının idxalını aylıq ifadədə 4 dəfə, illik ifadədə isə 9% artırıb. 2018-ci ilin mart ayında ölkə bir anda 481 milyon dollar dəyərində bu qiymətli daşlar alıb.

Ümumilikdə, 2023-cü ilin əvvəlindən Hindistan şirkətləri Rusiyadan 863 milyon dollara almaz alıblar ki, bu da 2022-ci illə müqayisədə 29% çoxdur.

Oktyabrın əvvəlində Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel bildirmişdi ki, Aİ Rusiya almazlarına qarşı sanksiyalar hazırlayır və bu sanksiyalar gələn ildən qüvvəyə minəcək.

Aydın


Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->