Xəbər lenti

Ölkə 12:59 17.04.2024

Hüquq müdafiəçiləri Əfv Komissiyasına kimlərin adını təqdim edib?

"Əfv Komissiyasına uzun bir siyahı təqdim etmişik".

Bunu Qaynarinfo-ya açıqlamasında hüquq müdafiəçisi Novella Cəfəroğlu deyib. 

Onun sözlərinə görə, siyahıda bloggerlər, jurnalistlər, müharibə iştirakçıları, ömürlük həbs cəzası alanlar, 3/2 ilə cəzalananların hər biri qeyd edilib:
 


"Hazırda komissiya işləyir. Ad çəkmək istəmirəm. Əgər kimlərinsə adını çəksəm, kimlərinsə çəkməsəm, o zaman inciyərlər. Komissiyaya təqdim edilən məktubda onların buraxılmasını xahiş etmişik".

Novella Cəfəroğlu siyahıdakı hər bir şəxsin əfv olunmasını istəyir:

"Onlar həbsdən azad olsunlar ki, biz də rahat nəfəs alaq".

Bahar Rüstəmli

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?