Sağlamlıq 12:23 06.06.2022

İcbari tibbi sığorta zərfinə daxil olan xidmətlərin sayı artırılır

Hazırda icbari tibbi sığorta üzrə xidmətlər zərfinə 2500 xidmət daxildir. Yeni xidmətlər zərfində isə tibbi xidmətlərin sayı 3200-ə çatdırılır.

"Report"un xəbərinə görə, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deyib.

Z.Əliyev bildirib ki, əhalinin müraciətləri əsasında 1000-dən çox xidmətə yenidən baxılıb.