Ölkə 15:40 02.03.2024

İçki içib şəhərdə yolu bağladılar - Həbs edildilər

Hacıqabul şəhəri, H.Əliyev prospektində sərxoş halda yolu bağlayan şəxslər həbs edilib.

Qaynarinfo-nun məlumatına görə, 1990-cı il təvəllüdlü Cavid (şərti ad) və qonşusu Habil (şərti ad) birlikdə sərxoş halda şəhərin H.Əliyev prospektində yüksək səslə qışqıraraq səs-küy salıb, küçədə yolu bağlayıb və avtomobillərin təkərlərinə təpiklər vurublar. 

Məhkəmənin qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində onların hər biri 10 gün müddətinə inzibati qaydada həbs edilib.

Əhməd