Xəbər lenti

İki ildə 57 dəfə özəl təyyarədə uçdu, tənqid edildi
Dünya 21:25 12.09.2023

İki ildə 57 dəfə özəl təyyarədə uçdu, tənqid edildi

Avropa Komissiyasının (AK) prezidenti Ursula von der Leyen işgüzar səfərlərində şəxsi təyyarələrdən istifadə etdiyi üzə çıxdıqdan sonra tənqidlərə və ikili standartlarda ittihamlara məruz qalıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Spiegel” jurnalı yazır.

Mətndə deyilir ki, Ursula fon der Leyen iki il ərzində 57 dəfə səyahətləri üçün təyyarə icarəyə götürüb. Bu məlumatı Aİ nümayəndəsi təsdiqləyib və qeyd edib ki, 2021 və 2022-ci illərdə AK rəhbəri pandemiya ilə əlaqədar müntəzəm uçuşlara qoyulan məhdudiyyətlər səbəbindən şəxsi təyyarələrdən istifadə etməli olub.

Bu, avropalı parlamentarilərin tənqidinə səbəb olub. Belə ki, deputat Martin Şirdevan AK-nin vergi ödəyicilərinin pullarını şəxsi təyyarələrdə israfçı uçuşlara sərf etdiyini bildirib.

"Kütlələr kəmərlərini bərkitməli və CO₂ tullantılarını azaltmalıdırlar, lakin Avropa Komissiyası özünü şəxsi təyyarələrdə dəbdəbəli səyahətlə məşğul edir", deyə Şirdevan bildirib.

Avropa Parlamentindəki Alman Sosial Demokratlar Partiyasının lideri Yens Geier də fon der Leyenin səyahət üsulları ilə bağlı məlumatları yoxlayacağını bildirib.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->