XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Türkiyədə mübahisə etdiyi şəxsi öldürən 15 yaşlı azərbaycanlı saxlanıldı
Ölkə11:06 22.09.2026

Türkiyədə mübahisə etdiyi şəxsi öldürən 15 yaşlı azərbaycanlı saxlanıldı

Türkiyənin Dənizli şəhərinin Pamukkale rayonunda 15 yaşlı yeniyetmə mübahisə etdiyi 35 yaşlı şəxsi bıçaqlayaraq öldürüb.

Qaynarinfo xəbər verir ki, hadisə Deliktaş məhəlləsində gecə saat 02:00 radələrində baş verib.

Məlumata görə, Azərbaycan vətəndaşı olan 15 yaşlı F.J. ilə yolda qarşılaşdığı Kazım Kavaklı arasında naməlum səbəbdən mübahisə yaranıb. Tərəflər arasında başlayan sözlü qarşıdurma daha sonra davaya çevrilib.

İddiaya əsasən, yeniyetmə üzərində olan bıçaqla Kavaklının sinə nahiyəsinə zərbə endirib. Ağır yaralanan 35 yaşlı kişi hadisə yerinə çağırılan təcili tibbi yardım avtomobili ilə Denizli Dövlət Xəstəxanasına aparılıb.

Həkimlərin müdaxiləsinə baxmayaraq, Kavaklı səhərə yaxın həyatını itirib.

Hadisədən sonra ərazidən uzaqlaşan 15 yaşlı şübhəli polis əməkdaşları tərəfindən saxlanılıb. F.J. barəsində araşdırma davam etdirilir.

Aydın