Ölkə 17:21 01.07.2023

İki nəfər yoluxub, 12 aktiv xəstə qalıb

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2 yeni yoluxma faktı qeydə alınıb, 4 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Qaynarinfo-ya verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 1 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 831 947 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 821 652 nəfər müalicə olunaraq sağalıb, 10 283 nəfər vəfat edib, aktiv xəstə sayı 12 nəfərdir.

Ölkədə son sutka ərzində 337, hazırkı dövrədək isə 7 644 015 test aparılıb.

Gün ərzində koronavirus əleyhinə 86 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 65, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 6, üç və daha çox doza vaksin vurduranların sayı 12, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 3 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 967 069, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 412 189, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 884 101, üç və daha çox doza vaksin vurduranların sayı 3 404 487, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 266 292 təşkil edir