Xəbər lenti

Siyasət 14:40 16.06.2023

İlham Əliyev İtaliya səfirliyinə getdi, Berluskoninin vəfatı ilə əlaqədar başsağlığı verdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 16-da İtaliya Respublikasının ölkəmizdəki səfirliyində olub, İtaliya Respublikası Nazirlər Şurasının keçmiş Sədri Silvio Berluskoninin vəfatı ilə əlaqədar başsağlığı verib.

Qaynarinfo xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev İtaliyanın ölkəmizdəki səfirliyinə gəlib.

İtaliyanın Azərbaycandakı səfiri Klaudio Taffuri dövlət başçısını qarşılayıb.

Prezident İlham Əliyev matəm kitabına ürək sözlərini yazıb.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->