XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Son 10 mövsümdə: Premyer Liqada 2-ci, Gəncədə 1-ci
İdman11:56 31.08.2026

Son 10 mövsümdə: Premyer Liqada 2-ci, Gəncədə 1-ci

Misli Premyer Liqasının III turu tamaşaçı rekordu ilə əlamətdar olub.

Qaynarinfo Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, "Kəpəz" – "Turan Tovuz" qarşılaşmasını (1:0) 13 500 azarkeş izləyib.

Bu, həm cari mövsümün rekordu, həm də son 10 turnir üçün ikinci göstəricidir.

Son 10 ildə Premyer Liqada yalnız bir oyunda daha çox tamaşaçı qeydə alınıb. Ötən mövsümün "Qarabağ" – "Sabah" matçını 17 338 tamaşaçı izləyib. Həmin oyun Tofiq Bəhramov adına Respublika stadionunda baş tutub.

Təxminən 3 ildən sonra Premyer Liqa matçına ev sahibliyi edən Gəncə şəhər stadionu üçün turnirdə son 10 mövsümün rekordu qeydə alınıb. Bu arenada daha çox izləyici sonuncu dəfə 2016/2017 mövsümündə olub. Bu, 2016-cı il sentyabrın 25-də "Qarabağ"la qarşılaşmaya təsadüf edib – 14 238 tamaşaçı.