XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Şimali Kiprdə gəmi faciəsi: Kapitanın ifadəsi açıqlandı (FOTO)
Dünya12:37 31.08.2026

Şimali Kiprdə gəmi faciəsi: Kapitanın ifadəsi açıqlandı (FOTO)

Şimali Kipr Türk Respublikasında (ŞKTR) Girne sahillərində dünən sərnişin gəmisinin batması nəticəsində 8 nəfərin öldüyü faciə ilə bağlı saxlanılan kapitan, 7 ekipaj üzvü və şirkət əməkdaşı Girne Qəza Məhkəməsinə çıxarılıb.

Qaynarinfo xəbər verir ki, kapitan və ekipaj üzvləri məhkəmədə verdikləri ifadələrdə gəminin dalğaların təsiri nəticəsində ön hissəsinin qopmasından sonra çevrildiyini bildiriblər.

Girne limanı ilə Mersinin Taşucu limanı arasında hərəkət edən “Filo Jet” adlı yüksəksürətli sərnişin dəniz avtobusu dünən günorta saatlarında Girnedən yola düşdükdən qısa müddət sonra ön hissəsindən su almağa başlayıb. Bundan sonra gəmi Girne limanına qayıtmağa çalışarkən çevrilib.

Saxlanılan kapitan M.Ö. ilə yanaşı, ekipaj üzvləri M.S., M.G., S.E., V.H., R.İ., Z.Ö. və K.K., həmçinin şirkət əməkdaşı A.Ö. Girne Qəza Məhkəməsinə çıxarılıb. Hakim şəxsiyyətləri müəyyənləşdirildikdən sonra ehtiyatsızlıq nəticəsində ölümə səbəb olmaqda şübhəli bilinən 7 nəfərin də məhkəməyə gətirilməsini tələb edib.

Kapitan və ekipaj məhkəmədə bildiriblər ki, gəmi dalğaların təsiri nəticəsində ön hissəsinin qopmasından sonra çevrilib və qəza bu şəkildə başlayıb. Onlar həmçinin meteoroloji məlumatlara əsasən gəminin limandan çıxmasında hər hansı problem olmadığını, gəminin sertifikatlaşdırılmasının isə həm naviqasiya, həm də inzibati baxımdan qüvvədə olduğunu bildiriblər.

Məhkəmə texniki məlumatların toplanmasını, şahidlərin dindirilməsini, Türkiyədə bu hadisə ilə bağlı istintaqın başlanıb-başlanmadığının müəyyənləşdirilməsini və digər sənədlərin tamamlanmasını istəyib.

“Filo Jet” adlı yüksəksürətli sərnişin dəniz avtobusu Girne limanı ilə Mersinin Taşucu limanı arasında hərəkət edirdi. Gəmi Girnedən yola düşdükdən qısa müddət sonra ön hissəsindən su almağa başlayıb. Gəmidə 259 sərnişin və 8 ekipaj üzvü olmaqla, ümumilikdə 267 nəfər olub. Onlardan 241 nəfər xilas edilib, 8 nəfər həyatını itirib. Daha 18 nəfərin axtarış-xilasetmə işləri davam etdirilir.

Aydın