Son günlər "Instagram"da kütləvi hesab oğurluqları qeydə alınıb. Səbəb kimi "Meta"nın dəstək xidmətinin süni intellekt köməkçisindəki boşluq göstərilir.
Qaynarinfo xəbər verir ki, bu barədə "404 Media" portalı yazıb.
Sxem belə işləyib: kibercinayətkarlar VPN istifadə edərək özlərini hesab sahibinin yerləşdiyi regionda göstərir, daha sonra "Meta AI" çat-botundan hesabın e-poçt ünvanını dəyişdirməyi xahiş edirdilər.
Bot isə göstərilən (zərərli) e-poçta təsdiq kodu göndərir, kod daxil edildikdən sonra parolu sıfırlama düyməsi aktiv olurdu. Nəticədə istifadəçinin təsdiqi olmadan hesab tam şəkildə ələ keçirilə bilirdi.
Metod ictimailəşdirildikdən sonra tərtibatçılar boşluğu operativ şəkildə aradan qaldırıblar. Bununla belə, hakerlərin bu üsuldan nə qədər müddət istifadə etdiyi və neçə hesabın oğurlandığı tam məlum deyil.
Bəzi məlumatlara görə, bu boşluq "Meta"nın AI dəstək botu istifadəyə verildiyi gündən mövcud ola bilərdi. Son günlər baş verən bir sıra yüksək profilli hesab ələ keçirmələri də bu zəifliklə əlaqələndirilir.
Zərərçəkənlər arasında Barak Obamanın prezidentliyi dövründə Ağ Evin rəsmi səhifəsi, "Sephora” şəbəkəsinin rəsmi hesabı və ABŞ Kosmik Qüvvələrinin baş çavuşu Con Bentiveninin hesabı da var. "Meta" artıq oğurlanan hesabların bərpasına başlayıb.
Aydın
Şərhlər