Xəbər lenti

İqtisadçıdan Nuranın sözlərinə reaksiya:
Ekonomiks 18:05 29.07.2026

İqtisadçıdan Nuranın sözlərinə reaksiya: "Gilas yemək istəyirsə, tarlaya getsin"

"Nura Suri gözəl qadındır, gözəl danışır. Amma əgər gilas yemək istəyirsə, gərək tarlaya getsin".

Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı Xalid Kərimli müğənni Nura Surinin "yerli məhsullar zibilə atılır, xaricdən gətirilənlər isə marketlərdə satılır" fikirinə münasibət bildirərkən deyib. 

O qed edib ki, bu gün fikirini ifadə etməyi bacarmağın özü çox yaxşıdır:

"Amma havalar bu il meyvə bağları üçün uğursuz oldu. Nura Suri gilasın çölə töküldüyünü deyir. Bu il gilas sürətlə xarab oldu. Hava şəraiti, yağışlar meyvə bağları üçün uğursuz vəziyyət yaratdı. Fermerlər yığdığı məhsulu, məsələn, gilası, gilanarı saxlaya bilmədi. Məhsullar sürətlə xarab oldu".

İqtisadçı qeyd edib ki, bazarlara nəzarət mütləqdir:

"Bazarlara nəzarət olmalıdır. İndi bazardakı tacirlər qara çamaatdır. Gecədən saat 18:00-a qədər piştaxtaların arxasında duranlar varlı təbəqə deyil. Onlar da 5 manat qazanmağa çalışan insanlardır".

Qeyd edək ki, müğənni Nura Suri bu mövsümdə meyvələrin baha satılmasından şikayətlənib. Sənətçi bunun səbəbini bazara nəzarət və rəqabətin olmaması ilə əlaqələndirib:

"Ucuz qiymətə satmayıb zibilə atanlar bunu çarəsizlikdən edirlər. Çünki bazara nəzarət var. Ucuz qiymətə satmağa icazə vermirlər. Rəqabət yaranır, bazarda yer götürmək isə hamı üçün mümkün olmur. Yerli, dərmansız məhsullar zibilə atılır, amma marketlərə və bazarlara çıxarılmır. İrandan və Türkiyədən gətirilən dərmanlı məhsullar isə problemsiz şəkildə marketlərə və bazarlara çıxarılır".

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->