Xəbər lenti

Dünya 16:27 10.12.2023

İran Suriyanın Homs şəhərindəki neft emalı zavodunu bərpa edəcək

İran Suriyanın Homs əyalətindəki neftayırma zavodunu bərpa edəcək. 

Qaynarinfo "Fars" agentliyinə istinadən xəbər verir ki, bu barədə İranın ərazidən kənar neft emalı zavodlarında təmir işlərinin koordinasiyasının rəhbəri Əli Şahverdi bildirib.

Şahverdinin sözlərinə görə, zavod Suriyanın mərkəzində yerləşir. O Tehran tərəfindən bərpa edilən ikinci obyekt olacaq.

"Bərpasına başlayacağımız ikinci neft emalı zavodu Suriyanın Homs şəhərindəki 120 min barellik neft emalı zavodudur", deyə Şahverdi bildirib.

O qeyd edib ki, İranın ərazidən kənar neft emalı zavodlarında olması neftdən əlavə mühəndislik və texniki xidmətlərin də satışını mümkün edir: "Əgər lazımi şərait yaradılarsa, Tehran neft emalından qazanc əldə edəcək".

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->