Xəbər lenti

Trampın rəqs etməsi Melaniyanı əsəbiləşdirir:
Dünya 17:51 08.01.2026

Trampın rəqs etməsi Melaniyanı əsəbiləşdirir: "O, buna nifrət edir"

ABŞ prezidenti Donald Tramp Vaşinqtondakı Kennedi Mərkəzində Respublikaçıların qarşısında çıxış edib. 

Qaynarinfo xəbər verir ki, müzakirə mövzularından biri transgender idmançılar olub. Prezident açıq şəkildə bildirib ki, onun üçün yalnız iki cins mövcuddur. 

2025-ci ilin yanvarında, vəzifəyə başlayandan az sonra, o, transgenderləri məktəb və universitetlərdə qadın idman komandalarından kənarlaşdıran bir fərman imzalamışdı.

Çıxışı zamanı Tramp zarafatla pauerliftinqdə transgender idmançıları təqlid edib: qollarını qaldırıb, üzünü qırışdırıb, inildəyib, fasilə verib və sonra etiraf edib: "Həyat yoldaşım mən bunu edəndə bundan nifrət edir".

"Xanımım - bilirsiniz, o, çox ağıllı bir qadındır - deyir: "Bu, prezidentə layiq deyil. Mən də deyirəm: "Amma mən prezident oldum". 

Bundan sonra zalda gülüş səsləri eşidilib.

Çıxışına davam edən Tramp bildirub: "O həmçinin nifrət edir ki, mən rəqs edim".

Aydın
--> -->