Siyasət 13:54 25.03.2023

İranın Naxçıvanla sərhəddə yığdığı silahlı texnikanın yeri bilindi (FOTO)

İran ordusunun Naxçıvanla sərhəddə yerləşən Poldəşt şəhəri istiqamətində cəmləşdirdiyi canlı qüvvə və silah-sursatın yeri müəyyən olunub.

Qaynarinfo xəbər verir ki, bununla bağlı görüntüləri "Azad İran" "Telegram" kanalı yayıb.

Qeyd edək ki, əraziyə 300-ə yaxın tank və xeyli canlı qüvvə cəlb edilib.

SEPAH-a yaxın "Telegram" kanalının məlumatına görə, İran ordusu Naxçıvanla dövlət sərhədi yaxınlığında hərbi təlimlər keçirməyə hazırlaşır.