Xəbər lenti

Siyasət 18:54 04.12.2023

İranın Zəngəzur qorxusu: Dəhliz gündəmdən çıxıb? (ŞƏRH)

"Zəngəzur dəhlizi məsələsi İran rəsmilərinin açıqlamalarının əksinə olaraq, gündəmdən çıxmayıb".
 
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Arif Əliyev İranın Bakıdakı səfiri Seyid Abbas Musəvinin Zəngəzur dəhlizi idayasının həyata keçməyəcəyi ilə bağlı fikri şərh edərkən deyib.

Arif Əliyev bildirib ki, ABŞ və Avropa diplomatiyası rəhbərlərilə sonuncu təmas və ünsiyyətlər məsələnin gündəmdən çıxmadığını göstərir:
 

 
"Amma həmin məsələ Ermənistanla İran arasında bir növ çəkişmə mövzusuna çevrilib. Ermənistan baş nazirinin sonuncu yol xəritəsində də Zəngəzur yolu öz əksini tapıb. Onların istədiyi də yolun Zəngəzurdan keçməsi məsələsidir. Ermənilər bunu Ermənistan üçün şans hesab edirlər. Lakin burada əsas söhbət Zəngəzur yolunun statusundan, yəni ora kimin nəzarət edəcəyindən gedir. 

İran tərəfi isə həmin yola paralel olaraq öz ərazisindən keçən yol istiqamətində fəaliyyətini gücləndirib. Bu istiqamətdə hətta tikinti işlərinə də start verilib. Amma bu hələlik o demək deyil ki, Zəngəzur yolu məsələsi gündəmdən çıxıb. Əksinə, söhbət hər iki yolun paralel olaraq saxlanılmasından gedir". 

Qeyd edək ki, erməni mətbuatının yazdığına görə, İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Zəngəzur dəhlizi ideyasının həyata keçməyəcəyini bütün tərəflərin təsdiqlədiyi barədə açıqlama ilə çıxış edib. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->