Xəbər lenti

İranlı iş admına məxsus çipsi istehsalçısı Texnoparkı niyə məhkəməyə verib?
Ekonomiks 19:33 24.06.2023

İranlı iş admına məxsus çipsi istehsalçısı Texnoparkı niyə məhkəməyə verib?

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Yüksək Texnologiyalar Parkının (YTP-Texnopark) rezident şirkəti ilə olan "Tak Noosh Group” MMC arasındakı məhkəmə çəkişməsi barədə maraqlı məlumat əldə etmişik.

Qaynarinfo-ya daxil olan məlumata görə, "Tak Noosh Group” MMC iranlı iş adamlarından birinə məxsus şirkətdir. Maraqlıdır ki, şirkət Azərbaycanda fəaliyyət göstərsə də,  Dövlət Vergi Xidmətinin vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumat bazasında adı çıxmır. 

Texnoparkın rezidenti olan bu şirkət çipsi istehsalçısıdır və Azərbaycanda çipsi istehsal etməliymiş.

Texnoparkla "Tak Noosh Group” MMC arasındakı məhkəmə çəkişməsində iddiaçı bu şirkətdir. 

Məlumata görə, məhkəmə çəkişməsinin səbəbi YTP-nin müqavilə öhdəliklərinə əməl etməməsi ilə bağlıdır. 

Seyid

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->