Bu gün Azərbaycanda Bilik Günü qeyd olunur.
Qaynarinfo xəbər verir ki, sentyabrın 15-dən ölkənin bütün təhsil müəssisələrində tədris başlayır.
2026–2027-ci tədris ilində bütün təhsil pillələri üzrə təqribən 2,2 milyon nəfərin təhsil alacağı proqnozlaşdırılır.
Yeni tədris ilində ümumi təhsil müəssisələrində 1,6 milyon, ali təhsildə 260 min, məktəbəqədər təhsil müəssisələrində 226 min, orta ixtisas təhsili müəssisələrində 64 min, peşə təhsilində isə 44 min nəfərin təhsil alacağı gözlənilir.
Təqribən 124 min şagird I sinifdə təhsilə başlayacaq.
Elm və Təhsil Nazirliyinin ümumi təhsil müəssisələrində 2026/2027-ci tədris ilinin təşkili barədə müvafiq əmrinə əsasən, yeni tədris ilinin ilk dərsi ölkə üzrə bütün II–XI siniflərdə "Şəhərsalma və Memarlıq İli" mövzusuna həsr olunacaq.
Şərhlər