İdman 22:25 18.08.2022

İslamiada: Türkiyə bağlanış mərasimində Azərbaycan günü təcrübəsindən yararlandı

Türkiyənin Konya şəhərində V İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasiminin səhnə tərtibatı Azərbaycan günündəki ilə eyni olub.

"Report"un Konyaya ezam olunmuş əməkdaşının əldə etdiyi məlumata görə, avqustun 11-də keçirilmiş tədbiri yerli gənclik və idman naziri Mehmet Kasapoğlu da bəyənib.

O, Azərbaycan günündə iştirak etdikdən sonra eyni səhnənin bağlanış mərasimində qurulmasını istəyib.

Öncədən bağlanışın açılış mərasimində olduğu kimi, 15 Sentyabr Stadionunda (Səlcuq Universitetinin stadionu) təşkili nəzərdə tutulmuşdu. Lakin açılışdan sonra meydançanın ot örtüyünün sıradan çıxması üzündən bağlanış məkanının Atletlər Kəndi yaxınlığındakı stadiona keçirilməsi qərara alınıb.