Xəbər lenti

Bir gündə Xəzərdə dördüncü zəlzələ oldu
Ölkə 18:55 08.04.2026

Bir gündə Xəzərdə dördüncü zəlzələ oldu

Xəzərdə zəlzələ olub.

Bu barədə Qaynarinfo-ya AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib.

Zəlzələ yerli vaxtla 18:11-də qeydə alınıb. 3,5 maqnitudalı yeraltı təkan 51 km dərinlikdə olub.

Qeyd edək ki, bu gün yerli vaxtla 13:05, 13:10, 13:21-də Xəzərdə zəlzələ olub. İlk zəlzələ Lənkəran, Yardımlı, Lerik, Astara, Cəlilabad, Neftçala 4-3 bal hiss olunub.
--> -->