Dünya 13:10 27.02.2023

İsrail Fələstinə vəd verdi: Yeni qəsəbələrin tikintisi dayandırılacaq

İsrail və Fələstin nümayəndələri İordaniyanın Aqaba şəhərində danışıqlar aparıb və razılığa gəliblər ki, Təl-Əviv İordan çayının qərb sahilində yeni yaşayış məskənlərinin tikintisi və onların tikintisinə icazələrin verilməsi ilə bağlı müzakirələri 4 ay müddətinə dayandıracaq. 

Qaynarinfo xəbər verir kii, bu barədə "Əlcəzirə" məlumat yayıb.

Bundan əlavə, tərəflər "bundan sonrakı zorakılığın” qarşısını almaq üçün əməkdaşlıq etmək barədə razılığa gəliblər və "yerlərdə deeskalasiyanın azaldılmasının zəruriliyini” vurğulayıblar.

Bununla belə, İsrailin baş naziri Benyamin Netanyahu danışıqlardan sonra sosial şəbəkələrdə yazıb ki, Yəhudeya və Samariyada (İsraildə İordan çayının qərb sahili belə adlandırılır) tikinti və tənzimləmə "heç bir dəyişiklik olmadan ilkin planlara və tikinti qrafikinə uyğun olaraq davam edəcək". "Heç bir donma yoxdur və olmayacaq da", - o deyib.

Alpər