Xəbər lenti

İsrailin İrana zərbələri Rusiyadakı
Dünya 17:07 17.06.2025

İsrailin İrana zərbələri Rusiyadakı "Şahed"lərin sayına təsir etdəcəkmi? - Ekspert

Rusiya "Şahed” və "Geran” dronlarının istehsalını maksimum dərəcədə lokallaşdırıb. Buna görə də İsrail ilə İran arasında müharibə Rusiyanın Ukraynaya pilotsuz zərbə imkanlarına ciddi təsir göstərməyəcək. 

Qaynarinfo xəbər verir ki, bu fikri Radio NV-yə hərbi ekspert Mixail Jiroxov bildirib.

"Əgər əvvəlki mühərriklərdə İran markası var idisə, sonrakı mərhələdə Çin istehsalı kimi görünürdü. İndi isə vurulan dronların mühərriklərində ümumiyyətlə heç bir işarə yoxdur. Trofey texnikasının araşdırılmasına cəlb olunan mütəxəssislər bildirirlər ki, bu, həmin mühərriklərin artıq Rusiyada yığıldığını və ya birbaşa istehsal edildiyini göstərir”, deyə Jiroxov qeyd edib.

Ekspert ehtimal edir ki, Rusiya hələ də İrandan az sayda pilotsuz aparat ala bilər. Lakin bu, Kremlin Ukraynaya zərbə imkanlarına əhəmiyyətli təsir göstərmir:
 
 "Çox güman ki, iranlılar öz ehtiyaclarını qarşılamaqla yanaşı, Rusiyaya nəzərəçarpacaq həcmdə dron ötürə bilmirlər. Buna görə də İrana endirilən zərbələrin Rusiyanın istehsal etdiyi dronların sayına təsir edəcəyi inandırıcı deyil”, – deyə Jiroxov vurğulayıb.

UNIAN-ın məlumatına görə, bir müddət əvvəl Rusiyanın Tatarıstan bölgəsində yerləşən Yelabuga şəhərindəki "Şahed” istehsalı zavodu pilotsuz aparatlarla vurulub. Yerli kanallar hadisədən sonra üfüqdə tüstü görüntülərini yayıblar.

İyunun 17-nə keçən gecə Rusiya işğalçıları növbəti dəfə Ukraynaya qarşı "Şahed”lərdən istifadə ediblər. Kiyev Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenkonun sözlərinə görə, təkcə paytaxta 175 PUA buraxılıb. Bundan əlavə, işğalçılar Kiyevə qanadlı və ballistik raketlərlə də hücum ediblər.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->