Xəbər lenti

Qayçı ilə sandığı açıb qayınatasının 12 minini oğurlayan gəlinə hökm oxundu
Ölkə 17:49 17.06.2025

Qayçı ilə sandığı açıb qayınatasının 12 minini oğurlayan gəlinə hökm oxundu

Qaynatasının evindəki sandığın qıfılını üzərində "Zinger Germany” yazısı olan qayçı ilə sındıraraq 12 min manat oğurlayan gəlin barəsində məhkəmə hökmü çıxarılıb.

Qaynarinfo-nun məlumatına görə, 2006-cı il təvəllüdlü İ.Məmmədovanın Cinayət Məcəlləsinin 177.2.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən), 177.2.3 (yaşayış sahəsinə qanunsuz daxil olmaqla) və 177.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla) maddələri ilə təqsirləndirilməsinə dair işə açıq məhkəmə iclasında baxılıb.

İstintaqla müəyyən olunub ki, İ.Məmmədova həyat yoldaşı S.M. ilə evləndikdən təxminən bir həftə sonra qaynatasına məxsus sandığın kilidini qayçı ilə açaraq içəridən 12 min manat götürərək mənimsəyib.

Təqsirləndirilən şəxs ifadəsində əqli qüsurlu həyat yoldaşı ilə 4 ay evli olduğunu və həmin müddətdə qaynatasının sandığından ümumilikdə 5600 manat oğurladığını etiraf edib. Həmin pulu isə E.H. adlı sevdiyi şəxsə verdiyini bildirib.

Qaynatası isə zərər məbləğinin 12 min manat olduğunu və bu vəsaitin İ.Məmmədova tərəfindən oğurlandığını deyib.

Məhkəmənin qərarına əsasən, İ.Məmmədovaya 2 il 5 ay 26 gün müddətində azadlığın məhdudlaşdırılması cəzası verilib. Bu müddət ərzində o, elektron qolbaqla nəzarətdə saxlanılacaq.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->