Xəbər lenti

İdman 22:15 17.06.2025

"Qarabağ" braziliyalı futbolçunun transferini elan etdi

"Qarabağ" braziliyalı müdafiəçi Dani Boltla razılaşdığını açıqlayıb.
 

Klubdan Qaynarinfo-ya verilən məlumata görə, Ağdam təmsilçisi ilə Portuqaliyanın "Torrense” komandası arasında aparılan danışıqlar uğurla nəticələnib.

25 yaşlı oyunçu ilə "3+1" illik müqavilə bağlanıb. Sağ cinah müdafiəçisi "Qarabağ”da 18 nömrəli forma ilə çıxış edəcək.

Qeyd edək ki, Daninin son klubu Portuqaliya təmsilçisi "Torrense” olub. 2024-2025-ci illərdə formasını geyindiyi bu klubadək Braziliyada çıxış edən Bolt yetirməsi olduğu "Fluminense”, həmçinin "Atletiko Paranaense”, "Vitoriya” və "Yuventud”un şərəfini qoruyub.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->