Xəbər lenti

İdman 10:55 03.03.2024

İstanbulda derbi günü

Bu gün Türkiyə Super Liqasında İstanbul derbisi baş tutacaq.

Qaynarinfo xəbər verir ki, "Beşiktaş" XXVIII turda "Qalatasaray"ı qəbul edəcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 20.00-da başlanacaq. Meydan sahibləri hazırda 46 xalla dördüncü, "sarı-qırmızılar" 72 xalla ikinci pillədə qərarlaşıb.

Komandalar tarixdə 355-ci dəfə üz-üzə gələcəklər. Bunların 126-da "Qalatasaray", 114-də "Beşiktaş" qələbə qazanıb. 114 oyun heç-heçə yekunlaşıb.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?