İsveçdə Belarusun Müqəddəs Elisaveta monastırından olan rahibələrin Milad tədbirlərinə dəvət olunması ilə bağlı qalmaqal yaranıb. Onlar Rusiya üçün casusluqda ittiham olunublar.
Qaynarinfo xəbər verir ki, bu barədə "The Telegraph" qəzeti yazır.
Qəzetin yazdığına görə, "casus rahibələr" adlandırılan bu rahibələr Stokholmun Tebi qəsəbəsindəki kilsə icmasının tədbirinə dəvət edilib. İcmanın keşişi Maykl Oyermo rahibələri müdafiə edərək, casusluq ittihamlarının əsassız olduğunu bildirib və ciddi sübutların olmadığını vurğulayıb. Buna görə də birbaşa onun özünə tənqidlər yönəldilib.
"The Telegraph" qeyd edir ki, 2025-ci ilin noyabr ayının sonlarından İsveç Kilsəsi öz icmalarına Belarus Müqəddəs Elisaveta monastırından rahibələri tədbirlərə dəvət etməmələri barədə xəbərdarlıq edib. Rahibələr Rusiyanın kəşfiyyatı ilə sıx əlaqədə olmaqda ittiham olunub.
Aydın
Şərhlər