Xəbər lenti

İdman 13:56 04.01.2024

İsveçrə millisinin üzvü karyersını bitirdiyi komandada məşqçiliyə başladı

İsveçrə millisinin türk əsilli futbolçusu Eren Derdiyok karyerasını bitirib.

Qaynarinfo-nun məlumatına görə, son klubu İveçrənin ikinci liqa komandası "Şaffhauzen"də forma geyinmiş təcrübəli futbolçu karyerasını bitirdikdən sonra məşqçiliyə başlayıb. Klubdan verilən açıqlamada 35 yaşlı keşmiş futbolçunun komandada köməkçi kimi fəaliyyətə başladığı bildirilib. 

İsveçrədə doğulan, həm bu ölkənin həm də Türkiyə vətəndaşlığına sahib olan Derdiyok "Old Boys"da başladığı futbolçu karyerasını "Bazel", "Bayer" və "Hoffenhaym" kimi komandalarda davam etdirib. Derdiyok, Türkiyədə "Kasımpaşa", "Qalatasaray", "Göztepe" və "Ankaragücü"ndə də oynayıb. O, İsveçrə millisinin heyətində meydana çıxdığı 60 oyunda 11 qola imza atıb.

Səbuhi Həsənov

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?