Milli Gənc Tamaşaçılar Teatrının aktyoru, əməkdar artist İlham Əsədov mükafatlandırılıb. Aktyor Qırğızıstan Respublikasının mədəniyyət nazirinin "Əlaçı mədəniyyət xadimi” fəxri adına layiq görülüb.
Bu barədə Qaynarinfo-ya açıqlamasında aktyorun özü məlumat verib. İlham Əsədovun sözlərinə görə, Qırğızıstanda Cumamudun Şirəliyevin 110 illiyinə həsr olunan mərasim keçirilib:
"Mərasimdə bir çox ölkələrin - Özbəkistan, Qazaxıstan, Tacikistan və Çin Respublikalarının nümayəndələri iştirak edirdi. Azərbaycanı isə bu festivalda mən təmsil edirdim. Mükafatlandırma mərasimində hiss etdim ki, bu çətin işin öhdəsindən uğurla gəlmişəm”.
Xatırladaq ki, aktyor İlham Əsədov həm də Rusiya Federasiyası Kalmıkiya Respublikasının Əməkdar artisti fəxri adına layiq görülüb.
Bahar Rüstəmli
Şərhlər