XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Keçmiş arvadına filmində sevgilisini oynamağı təklif etdi, peşman oldu (FOTO)
Maqazin21:00 17.09.2026

Keçmiş arvadına filmində sevgilisini oynamağı təklif etdi, peşman oldu (FOTO)

Bir vaxtlar Hollivudun nümunəvi cütlüklərindən biri hesab olunan Ben Afflek və Cennifer Qarner üç övladları ilə birlikdə xoşbəxt ailə həyatı yaşayıblar. Lakin sonradan baş verən hadisələr onların evliliyinin sona çatmasına səbəb olub.

Qaynarinfo xəbər verir ki, məlumata görə, Ben Afflek həyat yoldaşı Cennifer Qarneri övladlarının dayəsi ilə aldatdıqdan sonra cütlüyün evliliyi başa çatıb.

Xəyanətindən illər sonra peşman olduğunu etiraf etdi

Bu hekayənin qəhrəmanları Cennifer Qarner və Ben Afflekdir.

Cütlük 2005-2015-ci illərdə evli olub. Bu nikahdan onların iki qızı və bir oğlu dünyaya gəlib. Afflekin həyat yoldaşını övladlarının dayəsi ilə aldatmasından sonra ailə dağılıb. Cütlük üç il sonra rəsmi şəkildə boşanıb.

Ben Afflek daha sonra Cennifer Lopezlə iki il davam edən evlilik yaşayıb. Bu münasibət də boşanma ilə nəticələnib.

Digər tərəfdən, Cennifer Qarner və Ben Afflek üç övladlarının xatirinə dost münasibətlərini qoruyublar. Afflekin Lopezlə boşanma prosesində də Qarnerin ona ən böyük dəstəyi göstərdiyi bildirilib.

Afflek illər sonra Qarnerdən boşandığına görə peşman olduğunu da etiraf edib.

“Filmimdə sevgilimi oynasa!”

Bütün bunların fonunda Ben Afflekin keçmiş həyat yoldaşını tamamilə unutmadığı görünür. Üstəlik, bu məsələ yalnız şəxsi münasibətlərlə deyil, peşəkar həyatla da bağlı olub.

ABŞ mətbuatında yayılan xəbərlərə görə, Ben Afflek baş rolda çəkildiyi “Animals” filmi üçün sevgilisini canlandıracaq aktrisa kimi ilk olaraq keçmiş həyat yoldaşı Cennifer Qarneri düşünüb.

Afflek müsahibəsində Qarneri niyə bu rol üçün düşündüyünü belə izah edib:

“Öz-özümə "Aman Tanrım... Cennifer Qarner bu rol üçün möhtəşəm olardı" deyə düşündüm. O, əvvəllər etmədiyi, amma bacara biləcəyini bildiyim maraqlı nüansları filmə əlavə edə bilərdi".

Aktyorun sözlərinə görə, Qarneri düşünməsinin səbəblərindən biri də onların üç övladının olması olub.

“Uşaqlarımızı daha çox görə bilərdik. Çünki növbə ilə bir həftə onun, bir həftə mənim yanımda qalırdılar. Düşündüm ki, çəkilişlərə uyğun olaraq proqramımızı tənzimləyə bilərik”, deyə Afflek bildirib.

Zaman keçdikcə fikrini dəyişdi

Başqa sözlə, Ben Afflek əvvəlcə bu rol üçün keçmiş həyat yoldaşını seçmək istəyib. Lakin müəyyən müddət keçdikdən sonra məsələ barədə daha dərindən düşündüyünü və fikrini dəyişdiyini bildirib.

“Animals” filminin istehsalı bir müddət təxirə salınıb. Bu müddətdə Afflekin dostu və biznes tərəfdaşı Mett Deymonun “The Odyssey” filmində rol alması gündəmə gəlib.

Nəticədə “Animals” filminin çəkilişləri bir qədər arxa plana keçib.

Məhz bu proses zamanı Ben Afflek keçmiş həyat yoldaşı Cennifer Qarnerin filmdə rol almasının o qədər də yaxşı fikir olmadığını düşünüb.

Aktyor bunun keçmiş münasibətlərə dair gözləntilər və müəyyən təsəvvürlər yaradacağını nəzərə alıb. Nəticədə əvvəlcə Qarner üçün düşündüyü rol Kerri Vaşinqtona verilib.

Onların sevgisi film meydançasında başlamışdı

Ben Afflek və Cennifer Qarner ilk dəfə “Pearl Harbor” filminin çəkiliş meydançasında tanış olublar. Həmin vaxt Qarner Skott Foli ilə evli idi.

Daha sonra Qarner və Afflek “Daredevil” filmində yenidən birlikdə çalışıblar. Bundan sonra onların arasında romantik münasibət başlayıb.

Qarner və Afflek 2015-ci ildə faktiki olaraq başa çatan, üç il sonra isə rəsmi şəkildə sona çatan evliliklərində üç övlad sahibi olublar: 20 yaşlı Violet, 17 yaşlı Serafina və 14 yaşlı Samuel.

Boşandıqdan sonra da övladlarının xatirinə tez-tez görüşməyə davam ediblər.

Aydın