Xəbər lenti

İdman 12:47 14.07.2023

Klubların transfer çalışmaları: Cerrard "Liveprul"un kapitanını Ərəbistana aparır

Avropanın əsas futbol ölkələrində yay transfer pəncərəsi açılıb. 

Qaynarinfo klubların transfer çalışmaları ilə bağlı maraqlı məlumatları təqdim edir: 

"Readfootball": İngiltərə mətbuatı "Liverpul"un yarımmüdafiəçisi Cordan Hendersonun Səudiyyə Ərəbistanına gedəcəyini yazır. Onun sabiq komanda yoldaşı Stiven Cerrardın baş məşqçisi olduğu "Əl-İttifaq" klubuna gedəcəyi iddia olunur. Ərəbistan təmsilçisi futbolçuya həftədə 700 min funt-sterlinq təklif edir. Lakin bu transfer üçün ərəblər "Liverpul"a da ödəniş etməlidir. Belə ki, İngiltərə təmsilçisi Hendersonu pulsuz buraxmaq niyyətində deyillər. 

"Sky Sports News": PSJ-nin qapıçısı Canluici Donnarumma gələcəyi ilə bağlı qərar verib. İtaliya millisinin üzvü Paris klubundana ayrılamayacaq. O, müqaviləni uzatmağa razı olub. Donnarumma ilə yeni sözləşmə 2026-ci ilə qədər nəzərdə tutulub. 

"Athletic": "Mançester Siti"nin yarımmüdafiəçisi Riyad Marzea karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər. 32 yaşlı vingerə "Əh-Əhli" "elçi düşüb". Ərəblər Əlcəzair millisinin üzvünə illik 25 milyon avro təklif edir. Riyadın İngiltərə klubu ilə sözləşməsinin bitməsinə 2 il var. 

Rəsmi: Portuqaliya millisinin sabiq futbolçusu Luis Nani yenidən Türkiyəyə qayıdıb. "Fənərbağça”nın keçmiş yarımmüdafiəçisi "Adana Dəmirspor”la anlaşıb. 36 yaşlı oyunçu ilə 1+1 illik müqavilə imzalanıb.

Rəsmi: Portuqaliyanın "Vitoriya” klubunun müdafiəçi İbrahim Bamba Qətər təmsilçisi "Əl-Duhail” ilə anlaşıb. 21 yaşlı futbolçu ilə 3 illik sözləşmə imzalanıb. "Vitoriya” bu transferdən 9 milyon avro gəlir əldə edib.

Röya Kərimli

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?